Ərzaq və Kənd Təsərrüfatı
Bitki Genetik Ehtiyatları üzrə
Milli Informasiya Mübadiləsi Mexanizmi

English version



ƏKTBGE-nin VƏZİYYƏTİ
I Hesabat (1995)
II Hesabat (2006)
Milli Mexanizmin Məlumat Bazası

YENİLİKLƏR
Beynəlxalq konfrans: İqlim dəyişikliyinə davamlılığa nail olmaq üçün bitki genetik müxtəlifliyinin öyrənilməsi və istifadəsiAMEA Genetik Ehtiyatlar İnstitutu, Bakı, 3-4 Oktyabr 2011.
Milli İnformasiya Mübadiləsi Mexanizminin qurulması ƏKTBGE üzrə ÖlkəHesabatının hazırlanması. Botanika İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı, 7 Dekabr 2006.
MİLLİ MEXANİZM NƏDİR?

Milli Mexanizm Azərbaycanda Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatlarının qorunub saxlanılması və səmərəli istifadəsi ilə məşğul olan ölkə institutları və ekspertlərinin internet şəbəkəsidir.

Onun əsas vəzifələri aşağıdakılardır:
  • şəbəkəyə daxil olmanı asanlaşdırmaq və ƏKTBGE üzrə məlumatların təhlili;
  • qərar çıxarma prosesinə kömək etmək; və
  • ƏKTBGE üzrə ölkənin tarixi yaddaşını qoruyub-saxlamaq;

  • FAO-nun maliyyə və texniki yardımı ilə qurulmuş bu Mexanizm ölkədə ƏKTBGE üzrə Qlobal Fəaliyyət Planının (QFP) həyata keçirilməsinin monitorinqi üçün vasitə rolunu oynayır.


    Mexanizmin EHTİYATLARI

    2006-cı ildə bu Mexanizmin yaradılmasına İdarəedici Komitə, on üç ölkə təşkilatı və 120-dən çox milli mütəxəssis, ekspert və fermer öz töhvələrini vermişlər.

    ƏKTBGE-nin vəziyyəti barədə Ölkə Hesabatı bu proses vasitəsilə toplanmış informasiyalar əsasında hazırlanıb. Bu strateji qiymətləndirmə - 1996-cı ildən bu günə kimi əldə olunmuş nailiyyətləri və dəyişiklikləri diqqət mərkəzinə gətirərək, habelə Milli Proqram vasitasilə qarşıdan gələn illər üçün mövcud olan prioritet və ehtiyacları müəyyənləşdirməklə ƏKTBGE-nin qorunub-saxlanması və istifadə olunması üzrə hazırki vəziyyəti təsvir edir. O, Dünyanın ƏKTBGE-nin vəziyyəti barədə İkinci Hesabatın hazırlanmasına Azərbaycanın töhfəsi kimi FAO-nun ƏKTBGE üzrə Komissiyasına təqdim ediləcək.

    Məlumat Bazası ƏKTBGE-nın in situex situ qorunub-saxlanılması, seleksiyası və toxum istehsalı üzrə Azərbaycan və İngilis dillərində informasiyaları əhatə edir. Buraya, həmçinin, ƏKTBGE ilə əlaqəli təşkilatlar, ekspertlər, çap materialları, qanunlar və layihələr, habelə becərilən sortlar daxildir. Məlumat Bazası BGE üzrə Dövlət Komissiyasına və ölkə təşkilatlarına strategiya və planların ilkin variantlarını tərtib etməkdə bir işçi alət kimi xidmət göstərir.

    Bu Mexanizmdə kim və necə iştirak edə bilər?

    Bütün Maraqlı Tərəflər, xüsusən də, ölkədə ərzaq və kənd təsərrüfatı bitki genetik ehtuyatlarının qorunub-saxlanılması və səmərəli istifadəsinə öz töhfəsini verən ictimai və ya özəl institutlar, təşkilatlar, idarələr Milli Əlaqələndirici və yaxud Mexanizmin Kuratoru ilə əlaqə saxlamaqla Mexanizmin tərkib hissəsi ola bilərlər.





    MİLLİ LİNKLƏR

    Azərbaycan və onun bitki genetik ehtiyatları haqqında səhifələr

    Genetik Ehtiyatlar İnstitutunun web-saytı

    Azərbaycan Milli Elmlər Akademiyası

    Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi

    Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi

    Azərbaycan Ekologiya Standartlarının Monitorinqi Fondu
    BEYNƏLXALQ LİNKLƏR

    Qlobal Fəaliyyət Planı

    ƏKTBGE üzrə Beynəlxalq Müqavilə

    ƏKTBGE üzrə Ümumdünya Informasiya və Erkən Xəbərdaretmə Sistemi

    Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatları üzrə Komissiya

    Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı

    Beynəlxalq Bitki Genetik Ehtiyatları İnstitutu

    Bioloji Müxtəliflik üzrə Konvensiya
     Ətraflı məlumat üçün müraciət edin:
    Afiq Məmmədov
    Genetik Ehtiyatlar İnstitutu
    Azadlıq pr.155, AZ1106, Bakı, Azərbaycan
    Tel.: +(+994 12) 449 92 21   
    Faks: (+994 12) 449 92 21   
    E-mail: afiq_memmedli@yahoo.com
    Dr. Zeynal Əkpərov
    Genetik Ehtiyatlar üzrə Mİlli Koordinator və Direktor
    Genetik Ehtiyatlar İnstitutu
    155, Azadlıq pr., AZ1106, Bakı, Azərbaycan
    Tel.: (+994 12) 449 92 21   Fax: (+994 12) 449 92 21   
    E-mail: akparov@yahoo.com